"Ərim, Baş nazir Benyamin Netanyahunun tez-tez dediyi kimi: Siz İran xalqı, zəngin tarixə malik istedadlı və bacarıqlı bir xalqın möhtəşəm mədəniyyətinin varislərisiniz".
"Unikal" xəbər verir ki, bunu Sara Netanyahu sosial şəbəkə hesabında yazıb. m
"Biz sizin düşməniniz deyilik. Bizim mübarizəmiz sizinlə deyil, sizə zülm edən zalım rejimlədir. Biz xalqlarımız arasında sülhün, azadlığın və dostluğun gələcəyinə inanırıq", - o, qeyd edib.
Xatırladaq ki, İsrailin 13 iyun tarixində İrana qarşı başladığı hücumların ardından bölgədə gərginlik səngimir.
Gülayə Mecid