AZ

Estoniya robot texnologiyasını Ukraynada döyüş şəraitində təkmilləşdirir

Estoniya hakimiyyəti Ukraynadakı münaqişədən döyüş şəraitində robot texnologiyasını sınaqdan keçirmək üçün unikal imkan kimi istifadə edir.

NOCOMMENT.az xəbər verir ki, bu barədə ABŞ-ın “Business Insider” nəşri məlumat yayıb.

Məqalədə bildirilir ki, hərbi texnika istehsal edən bir sıra eston şirkətləri məhsullarını real döyüş şəraitində sınaqdan keçirmək məqsədilə Ukraynaya göndərirlər. Bu cür sınaqlardan sonra texniki vasitələr təkmilləşdirilir.

“Ukraynadakı sınaqlar bizə mühüm dərslər verdi və silahlarımızı təkmilləşdirmək üçün yeni biliklər qazandırdı,” – deyə Estoniyanın “Milrem Robotics” şirkətinin baş direktoru Kuldar Vyersi bildirib.

Onun sözlərinə görə, “Milrem Robotics” tərəfindən istehsal olunan robotlar sadə idarəetməyə malikdir və kəşfiyyat məlumatlarının toplanması, yaralıların təxliyəsi, ərazilərin mina və partlayıcılardan təmizlənməsi, eləcə də pulemyotlar da daxil olmaqla silah-sursatın daşınması kimi məqsədlərlə istifadə edilə bilər.

Seçilən
48
nocomment.az

1Mənbələr