AZ

Bölgədə şiddətlənən müharibə: Azərbaycanın mövqeyi necədir?

Bizimyol portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Gözlənildiyi kimi, İran-İsrail hava müharibəsinə ABŞ da qoşuldu. Pentaqon İranın nüvə obyektlərinə zərbələr endirdi və bu, müharibənin bütün Yaxın Şərqə yayılması riskini yaratdı.

ABŞ İrana qarşı ultimativ tələblər irəli sürdü, ancaq İranın hakimiyyəti təslim olmayacağını bildirdi. Üstəlik, Hörmüz boğazının bağlanması və Amerikanın bölgədəki bazasının vurulması kimi məsələlər müzakirəyə çıxarıldı.

Gərginliyin daha da artması və müharibənin öz lokal hərbi əməliyyatlar teatrının sərhədlərindən kənara çıxma ehtimalı region dövlətlərini də hərəkətə keçməyə vadar etdi.

Münaqişəyə səbəb İranın nüvə proqramıdır. Təl-Əviv hesab edir ki, İranın uranı zənginləşdirməkdə məqsədi nüvə silahı əldə etməkdir, bu da İsrailə eksistensial təhlükə deməkdir. Tehran isə nüvə proqramının dinc məqsədlər daşıdığını bəyan edirdi. Ancaq İsrail kəşfiyyatı MOSSAD-ın və başqa xarici kəşfiyyat xidmətlərinin hesabatları bunun əksini göstəritdi. Onillərlə nüvə danışıqları aparıldı, ancaq İran öz mövqeyində israr etdi. Bu da son nəticədə əvvəlcə İsrailin Yaxın Şərqdəki İran proksi güclərini zəiflətməyə, sonra isə Tehranı nüvə silahı əldə etmək niyyətindən geri durmağa məcbur etməyə hesablanmış hərbi əməliyyatlara başlamasına gətirib çıxardı. İsrail İranın hərbi obyektlərini, hərbi infrastrukturunu hədəf aldığı halda, İran İsrailin əsasən yaşayış məntəqələrini, mülki obtektlərini hədəf aldı. Bu, Tehranın daim bəyan etdiyi "İsraili Yer üzündən silmək" straregiyasına uyğun idi. İranın bu davranışı ABŞ-ı müharibəyə qoşulmağa sövq etdi. Çünki ABŞ-la İsrail arasındakı sazişə görə Vaşinqton bu ölkənin təhlükəsizliyinə təminat verib. Buna görə İsrailə İran hücumunun intensivliyi, dağıdıcı gücü artdıüca, ABŞ-ın müttəfiq dəstəyi qaçılmaz oldu. Bu da müharibənin miqyasının və hədəflərinin dəyişməsi, onun daha geniş bölgəyə yayılması, hətta quru əməliyyatlarının başlanması riskini artırdı. Sonuncu ehtimal reallaşarsa, İrandan milyonlarla, hətta on milyonlarla insan öz daimi yaşayış yerini dəyişə, xarici ölkələrə axmağa başlaya bilər. Bu da bölgədə nəhəng humanitar böhran və bölgə ölkələri üçün ciddi təhlükə deməkdir.

Bütün bunların olmaması üçün bölgə ölkələri, xüsusilə, Azərbaycan və Türkiyə üzərinə düşən hər şeyi etməyə çalışır.

Azərbaycan Xarici İşlər Nazirliyinin son bəyanatı da bu ruhdadır. Həmin bəyanatda deyilir: "Amerika Birləşmiş Ştatlarının İran İslam Respublikasındakı nüvə obyektlərini hədəfə alan hərbi əməliyyatlarından sonra vəziyyətin daha da gərginləşməsindən dərin narahatlığımızı ifadə edirik. Bütün tərəfləri təmkinli olmağa, vəziyyəti daha da gərginləşdirməkdən çəkinməyə, mövcud problemlərin həlli üçün dialoq və diplomatiyaya üstünlük verməyə çağırırıq".

Azərbaycan bölgədə, demək olar, nadir ölkədir ki, həm İranla, həm İsraillə, həm ABŞ-la, eləcə də, bölgənin başqa ölkələri ilə, eləcə də, Çinlə normal münasibətləri var. Bu baxımdan, Azərbaycanın vasitəçilik imkanları daha üstündür. Başqa hər kəs tərəfsizliyini bu və ya başqa dərəcədə itirmiş görünür. Ona görə çox qısa müddətdə Azərbaycan münaqişə tərəfləri və bölgə ölkələri ilə, eləcə də, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində diplomatik təmaslar qurub. Xüsusilə, Türkiyə, Rusiya və Pakistanla aktiv diplomatik kontaktlar var.

Qarşıda iki yol durur: ya bu münaqişə diplomatik üsul və vasitələrlə həllini tapacaq, ya da öz sərhədlərini aşıb, bütün regiona yayılacaq, hətta qlobal qarşıdurmaya çevriləcək. Azərbaycan birinci ssenarinin - diplomatik həll yolunun tərəfdarıdır. Bunun üçün əlindən gələni edib və edir.

Ancaq İran, Ermənistan mediasında, hətta, təəssüf ki, Türkiyənin də bəzi media resurslarında Azərbaycanı az qala münaqişə tərəflərindən biri kimi təsvir və təqdim edirlər. Azərbaycanın İsraillə dost münasibətləri, bəli, var. Amma İsraildən də əvvəl İranla dostluq və qonşuluq münasibəti var. Bu münasibətlər Azərbaycanın nə İraın tərəfindən İsrailə qarşı, nə İsrailin tərəfindən İrana qarşı hər hansı addımlar atması deməkdir. Guya Azərbaycanda İsrailin hərbi bazasının olması, Azərbaycan ərazisindən İranın vurulması haqda yalanlarla kimlərsə İranla Aərbaycanın, eləcə də, Türkiyə ilə Azərbaycanın arasını vurmağa çalışır. İran mediası məlum, Ermənistan mediası da məlum. Bəs Türkiyədəki bəzi media resurslarına nə olub?! Niyə Türkiyə cəmiyyətində antiAzərbaycan fikir, hakimiyyətdə də belə bir mövqe formalaşdırmağa çalışırlar.

Doğrudur, Türkiyə media sektorunda Azərbaycanı İranın hədəfinə gətirməyə çalışan müəyyən resurslar daha çox müxaifətə, eləcə də, müxtəlif xarici güclərə bağlı media quruluşlarıdır. Bunlar arasında ənənəvi olaraq canfəşanlıq edənlərdən biri - Halk TV Türkiyənin ana müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyasına yaxındır. Türkiyədə son prezident seçkiləri zamanı təbliğat-təşviqat kampaniyasında CHP-nin o zamankı sədri Kemal Kılıçdaroğlunun təklif və təqdim etdiyi strateji nəqliyyat-kommunikasiya xətlərinin xəritəsi yəqin yadınızsan çıxmayıb. Kılıçdaroğlu demişdi ki, o hakimiyyətə gəlsə, Orta dəhliz Azərbaycandan yox, İrandan keçəcək. Yeri gəlmişkən, Azərbaycanda İlham Əliyev hakimiyyətinə qarşı radikal mövqedə dayanan bəzi müxalifət nümayəndələri də məhz CHP ilə kontaktlar qurmağa çalışır, CHP ilə görüşür. Halk TV efirlərində çıxış ediblər.

Daha çox şərhə, məncə, gərək yoxdur.

Orxan, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
5
icma.az

1Mənbələr