AZ

Yeni prezident işə başladı

Kirsti Koventri Beynəlxalq Olimpiya Komitəsinin (BOK) yeni prezidenti kimi vəzifəsinin icrasına rəsmi olaraq başlayıb.

Publika.az xəbər verir ki, martın 20-də keçirilən səsvermənin nəticələrinə əsasən, Koventri BOK-un rəhbəri seçilib. O, artıq ilk turda inamlı qələbə qazanaraq Sebastyan Kou və Xuan-Antonio Samaranç kiimi tanınmış namizədləri geridə qoyub.

2013-cü ildən etibarən bu vəzifəni icra edən almaniyalı Tomas Bax yenidən namizədliyini irəli sürməmək qərarı verib.

Qeyd edək ki, Koventri Zimbabvedən olan məşhur idmançıdır. O, üzgüçülükdə ikiqat olimpiya çempionu, dünya çempionatlarının dəfələrlə qalibi və dünya rekordçusudur.

Seçilən
1
publika.az

1Mənbələr