AZ

Beşiktaş Əl Əhli nin braziliyalı futbolçusunu transfer edir

ain.az, Oxu.az portalına istinadən məlumat verir.

Türkiyənin "Beşiktaş" futbol klubu 2023-cü ildə Səudiyyə Ərəbistanının "Əl-Əhli" klubuna transfer olunan braziliyalı futbolçu Roberto Firminonu komandanın tərkibinə qatmaq niyyətindədir.

Bu barədə Oxu.Az "Haber Global"a istinadən xəbər verir.

Məlumata görə, "ağ-qaralar" Ərəbistan klubu ilə 2026-cı ilə qədər müqaviləsi olan futbolçunu münasib qiymətə transfer etmək istəyir. Firminonun isə yeni macəra üçün bu təklifə müsbət yanaşdığı məlum olub.

Ərəbistan komandasının futbolçunun yüksək maaşı səbəbindən "Beşiktaş"a transfer qiymətində endirim edəcəyi də ehtimal edilir.

Qeyd edək ki, "Əl-Əhli"nin 33 yaşlı futbolçu ilə üç illik müqaviləsi var.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
17
2
oxu.az

3Mənbələr