AZ

Dəməşq hücumunda ölənlərin sayı 25-ə çatıb

Dəməşqdə kilsədə baş verən partlayış nəticəsində ölənlərin sayı 25-ə çatıb, daha 63 nəfər yaralanıb.

SANA xəbər agentliyisəhiyyə nazirliyinə istinadən xəbər verib.

“Duala bölgəsindəki Müqəddəs Elias kilsəsində törədilən terror aktı nəticəsində ölənlərin sayı 25-ə çatıb, 63 nəfər yaralanıb”, - nəşrin Telegram kanalında deyilir.

Hücum xristianların məskunlaşdığı Duveyla məhəlləsində baş verib.

Seçilən
4
aznews.az

1Mənbələr