AZ

Macarıstan və Slovakiya Rusiyaya qarşı 18-ci sanksiyalar paketini bloklayıb

Macarıstan və Slovakiya Avropa İttifaqının (Aİ) Xarici İşlər Nazirlikləri rəhbərlərinin Brüsseldə keçirilən görüşündə 18-ci anti-Rusiya sanksiyalar paketinin qəbuluna mane olublar.

Bu barədə Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto məlumat verib.

"Biz və Slovakiya 18-ci sanksiya paketinin qəbulunu dəstəkləməmək qərarına gəldik. Macarıstanın Ukraynaya qeyri-məhdud dəstəyin əvəzini ödəməyə məcbur edilməsinə imkan verməyəcəyik ", - o, özünün Facebook səhifəsində görüşdən sonra jurnalistlərə bildirib.

Onun sözlərinə görə, bu qərar Avropa İttifaqının Rusiya neft və qazının alınmasını da qadağan etmək niyyəti fonunda qəbul edilib.

Seçilən
4
4
aznews.az

5Mənbələr