AZ

Tehran od icində: Evin həbsxanası vuruldu - VİDEO

İsrail ordusu Tehrandakı hökumət obyektlərinə "görünməmiş güclə" hücum edir. 

“Cebheinfo.az” xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat katibinin bəyanatında deyilir.

İDF-nin Fordo nüvə obyektinə və Evin həbsxanasına da hücum etdiyi bildirilir.

Evin həbsxanası ölkənin ən təhlükəsiz həbsxanası kimi tanınır, burada əsasən 1979-cu il İslam İnqilabından sonra həbs edilən siyasi məhbuslar, jurnalistlər, fəallar və xarici vətəndaşlar saxlanılır.

İsrailin hücumlarına görə İran televiziyasının canlı yayımı dayandırılıb. İranlı bloggerlər Tehranın bir çox bölgələrində elektrik enerjisinin olmamasından yazır.

İsrailin müdafiə naziri İsrael Katz deyib: “Ordu indi Tehranın mərkəzində rejim hədəflərinə və hökumətin repressiv orqanlarına görünməmiş güclə hücum edir. İsrailə atılan hər atəşə görə İran hakimiyyəti cəzalandırılacaq və hücumlar tam güclə davam edəcək”.

https://pbs.twimg.com/amplify_video_thumb/1937077799866568705/img/3xCuaGGlz6CrBaIT.jpg

https://pbs.twimg.com/ext_tw_video_thumb/1937079576837976064/pu/img/yjimcMmE0ZLWlsMj.jpg

https://pbs.twimg.com/ext_tw_video_thumb/1937079576837976064/pu/img/yjimcMmE0ZLWlsMj.jpg

https://twitter.com/i/status/1937061417917571200

Seçilən
6
cebheinfo.az

1Mənbələr