AZ

İsrail Tehranda Evin həbsxanasına hava zərbəsi endirib

İsrail Müdafiə Qüvvələri Tehranda yerləşən və siyasi məhbusların saxlanıldığı Evin həbsxanasının girişinə hava zərbəsi endirib.

XəzərNews.az xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri İsrael Kats məlumat verib.

Nazir hadisəni İran rejiminin əsas strukturlarına qarşı həyata keçirilən "misilsiz hücumlar dalğası"nın bir hissəsi kimi dəyərləndirib.

Bildirilir ki, hücumlar İranın paytaxtında yerləşən İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) və digər daxili təhlükəsizlik obyektlərinə də yönəlib.

İsrailin həbsxanaya zərbəsindən qısa müddət sonra məhbusların həbsxananı tərk etdiklərinə dair görüntülər yayılıb.

Xəbər 47 dəfə oxunub.
Seçilən
17
xezernews.az

1Mənbələr