AZ

Rusiya prezidenti İran XİN rəhbərini qəbul edib

"İrana qarşı əsassız təcavüzün heç bir əsası yoxdur və ona heç bir haqq qazandırıla bilməz"...

Oxu.Az Rusiya KİV-ə istinadən xəbər verir ki, Vladimir Putin bu sözləri Kremldə İran xarici işlər naziri Abbas Əraqçını qəbul edərkən deyib.

Putin həmçinin qeyd edib ki, o, artıq ABŞ, İran və BƏƏ prezidentləri, eləcə də İsrailin baş naziri ilə telefon danışıqları aparıb.

"Tehran ABŞ və İsrailin İrana qarşı hərəkətlərini qeyri-qanuni hesab edir. İran tərəfinin özünümüdafiə hüququ var. ABŞ və İsrailin İranın nüvə obyektlərinə qarşı təcavüzü səbəbindən Yaxın Şərqdə eskalasiya hər gün artır", - deyə İran XİN rəhbəri bildirib.

***

Rusiya Prezidenti Vladimir Putin Kremldə İranın xarici işlər naziri Abbas Əraqçı ilə görüşüb.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, görüş Yaxın Şərqdə eskalasiya fonunda keçirilir.

Münaqişə xüsusilə iyunun 22-nə keçən gecə ABŞ-nin İranın üç nüvə obyektinə hücumu ilə bağlı kəskinləşib.

Xatırladaq ki, Rusiya lideri ilə İranın xarici işlər naziri arasında son görüş aprelin 17-də baş tutub. Digər məsələlərlə yanaşı, ikitərəfli münasibətlərin təşviqi, regional əməkdaşlıq və beynəlxalq arenada qarşılıqlı fəaliyyət müzakirə edilib.

Poliqon.info

Seçilən
2
poliqon.info

1Mənbələr