AZ

Ermənistana məlumat ötürməkdə təqsirləndirilən gəncə hökm oxundu

Gununsesi portalından verilən məlumata əsasən, ain.az bildirir.

İyunun 23-də Bakı Ağır Cinayətlər Məhkəməsində gənc tədqiqatçı, sülh fəalı Bəhruz Səmədovun işi üzrə sonuncu məhkəmə prosesi keçirilib.

Gununsesi.info xəbər verir ki, məhkəmənin hökmü ilə B.Səmədov 15 il müddətinə azadlıqdan məhrum edildi. Ötən prosesdə dövlət ittihamçısı Bəhruz Səmədova 16 il cəza verilməsini istəmişdi.

O, 4 gündən çoxdur ki, həbsinə etiraz olaraq ölüm aclığına başlayıb. Çexiyanın Karlov Universitetinin doktorantı Bəhruz Səmədov Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən 2024-cü il avqustun 21-də həbs olunub.

O dövlətə xəyanətdə ittiham edilir, Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıqda, milliyyətcə erməni olan qızlara məlumat ötürməkdə təqsirləndirilir.

Bəhruz Səmədov isə ittihamı qəbul etmir, yazılanların yalan olduğunu bildirir.

Gununsesi.info 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
8
icma.az

1Mənbələr