AZ

Azərbaycanda aktiv borcalanların sayı 3,3 milyona çatıb

Finss.az - Azərbaycan Kredit Bürosunun (AKB) bazasında 4,8 milyon borcalan haqqında məlumat mövcuddur.

Bu barədə AKB-nin baş direktoru Elçin Həbibov Birinci Beynəlxalq Kredit Hesabatlılığı Konfransında çıxışı zamanı bildirib. Onun sözlərinə görə, bu borcalanların 4,7 milyonunu fiziki şəxslər təşkil edir. Hazırda ölkədə 3,3 milyon nəfər aktiv borcalan mövcuddur.

“2025-ci ilə qədər bağlanmış və açıq kreditlərin sayı 38,2 milyon ədəd təşkil edib. Bu göstəriciyə aktiv kreditlərin sayı daxil deyil”, – deyə Həbibov qeyd edib.

AKB rəhbəri əlavə edib ki, sistemdə 275 min fərdi sahibkar, 29 min hüquqi şəxs və 1,7 milyon aktiv zamin qeydiyyatdadır. Kredit məlumatları üzrə sorğular isə cəmi 0,2 saniyəyə icra olunur.

“Bir gün ərzində 2 milyon kredit hesabatı həyata keçirmək imkanımız var”, – deyə Elçin Həbibov vurğulayıb.

Seçilən
9
fins.az

1Mənbələr