AZ

MAQATE: İran nüvə obyektlərini dayandırmalı və müfəttişlərə giriş verməlidir

MAQATE: İran nüvə obyektlərini dayandırmalı və müfəttişlərə giriş verməlidir

İran nüvə obyektlərinin fəaliyyətini dayandırmalı və MAQATE müfəttişlərinə daxil olmağa icazə verməlidir

AFN.az xarici mediaya istinadən xəbər verir ki, bunu MAQATE-nin baş direktoru Rafael Qrossi agentliyin Rəhbərlər Şurasının fövqəladə iclasının açılışında deyib.

"Yerdə faktların müəyyən edilməsi istənilən razılaşma üçün ilkin şərtdir və bu, yalnız MAQATE-nin təftişi vasitəsilə həyata keçirilə bilər. Obyektlərin fəaliyyətini dayandırmaq lazımdır ki, lazımi təhlükəsizlik şərtləri yerinə yetirilsin və İran MAQATE komandalarının vəziyyəti qiymətləndirmək üçün obyektlərə daxil olmasına icazə verə bilsin. MAQATE müfəttişləri İrandadır və onlar buna hazırdırlar", - deyə Qrossi bildirib.

Seçilən
3
afn.az

1Mənbələr