Yerli vaxtla səhər saat 9:00-a olan məlumata görə, Rusiya aviasiyasının gecə Kiyevə hücumu nəticəsində azı 6 nəfər ölüb, 20-dən çox insan yaralanıb.
Paytaxt meri Vitali Kliçko Şevçenkivski rayonunda beşmərtəbəli binaya böyük ziyan dəydiyini bildirib. Orada dağıntılar altında qalan insanlar axtarılır. Partlayış dalğası qarşı tərəfdəki 25 mərtəbəli yaşayış binasının mənzillərinə də ziyan vurub.
Ötən gecə paytaxta edilən hücum nəticəsində Solomenski, Darnitski, Svyatoşinski, Podolski və Qoloseyevski rayonlarında qeyri-yaşayış sahələrinə, fərdi yaşayış binalarına da ziyan dəyib.
//Samir Qurbanov, Editor.az