Norveçin müdafiə naziri Tore Onshuus Sandvik Ukraynaya səfər edib. O, Ukrayna ordusu üçün pilotsuz təyyarələr üçün 400 milyon dollar ayrılacağını açıqlayıb.
Bu barədə RBC-Ukrayna Ukrayna prezidenti Vladimir Zelenskinin videomüraciətindəki bəyanatına istinadən məlumat yayıb.
"İstehsalımızda 400 milyon dollar, ilk növbədə pilotsuz təyyarələrə yeni sərmayələr barədə qərar var. Biz Ukraynada bütün ilkin şərtləri yaratmaq və hava hücumundan müdafiə sistemi istehsal etmək üçün birlikdə işləyirik. Norveçlə bu istiqamətdə addımlar atırıq", - prezident deyib.
Zelenskinin sözlərinə görə, NASAMS sistemləri istehsal edən Avropanın ən böyük müdafiə şirkətlərindən biri olan Norwegian Kongsberg Defence & Aerospace artıq Ukraynada açılıb.
Qeyd edək ki, Ukrayna ordusu ilk NASAMS hava hücumundan müdafiə sistemlərini 2022-ci ilin noyabrında alıb. NASAMS əməliyyatının ilk 5 ayında Ukrayna zenitçiləri onların köməyi ilə yüzdən çox raket və pilotsuz uçan aparatı məhv edib.
Xatırladaq ki, iyunun əvvəlində Rammstein formatında görüş zamanı prezident Zelenski tərəfdaşlara Qərbin hava hücumundan müdafiə sistemlərini Ukrayna ərazisində yığmağı təklif etmişdi. Xüsusilə, müzakirə NASAMS hava hücumundan müdafiə sistemlərinə də aiddir.
Bu ilin fevral ayında Kongsberg Defence & Aerospace prezidenti Eirik Lie Ukraynada NASAMS üçün raket istehsalına başlamaq niyyətini açıqladı. Onun sözlərinə görə, bir neçə aya raketlərin kütləvi istehsalı üzrə birgə müəssisələr yaradıla bilər.
Əziz Mustafa