Avropa Liqasının birinci təsnifat mərhələsinə hazırlaşan “Sabah” rəhbərliyi Rəhman Daşdəmirovla bağlı qərar verib.
Offsideplus.az xəbər verir ki, klub 25 yaşlı futbolçu ilə razılığa gəlib.
Onunla başa çatmaqda olan müqavilənin müddəti 2 illiyə uzadılıb.
Azərbaycan milli komandasının da üzvü olan Rəhman 2023-cü ildən "Sabah"ın uğurları üçün çalışır.
Qeyd edək ki, Daşdəmirov hazırda Avstriyada keçirilən təlim-məşq toplanışında "bayquşlar"ın heyətində yer alır.