AZ

“İran İsrailin təcavüzünə məruz qalıb, İsrail İranın yox!..”

“İsrail və indi də ABŞ bütün  beynəlxalq qanunları pozaraq İranın üzərinə bombalar yağdırıblar...”
 
“İranı Liviyanın, İraqın gününə salmaq istəyən ABŞ-ın bir imperialist məqsədi var: İranın  təbii sərvətlərinə malik olmaq. Nə demokratiya, nə də insan haqları onları maraqlandırmır. Demokratiya oyunu pərdəsi altında 16 milyondan artıq günahsız müsəlmanları qırıblar. “ATƏT” deyilən yığıncağı adıyla az qalmışdı Qarabağı ermənilərə versinlər. Azərbaycan Prezidenti yaratdığı ordusuna arxalanıb qətiyyətli addımlar atmasaydı, bu demokratiya oyunçularının təzyiqi nəticəsində indi Qarabağı itirmişdik. Azərbaycanı İrana düşmən etmək istəyən ermənilərin və indiyə qədər erməni daydaylarına xidmət edənlərin dilini Prezidentimizin ardıcıl balanslaşdırılmış siyasəti susdurdu. İran-Azərbaycan bərabər hüquqlu əməkdaşlığa başladı. İranın Prezidenti azərbaycanlı seçildi. Bu hər iki Azərbaycanın bayramı idi”.
 
Bu fikirləri Moderator.az-a açıqlamasında siyasi analitik Tahir Cəfərli ifadə edib.
 
“Əfsuskar olsun ki, bəziləri elə düşünür ki, biz İsrailin yanındayıq. Biz İsrailin hərbi strateji partnyoru ola bilmərik, çünki İran elə bizim olub, bizim də olacaqdır. Çünki İran orta əsrlərdə biz türklərin olub. İmam Hüseyn əlini İran tərəfə uzadıb deyirdi “Türkistan” dayağımızdır.
 
İqtidarlar gəldi-gedərdi, ancaq Vətən birdir. Onu iki yerə bölmək olmaz. İran İsrailin təcavüzünə məruz qalıb, İsrail İranın yox! İsrail və indi də ABŞ bütün  beynəlxalq qanunları pozaraq İranın üzərinə bombalar yağdırıblar. Vaxtilə Azərbaycan Ermənistan təcavüzünə məruz qaldığı kimi… İran beynəlxalq hüquqa görə haqlıdır və öz ərazisini qorumaq hüququna malikdir” ,- deyə davamında həmsöhbətimiz bildirib. 
 
Siyasi şərhçi hesab edir ki, ABŞ prezidenti D.Tramp bundan sonra geri çəkilməyə məcbur qalacaq:
 
“Donald Trampın müharibəni qızışdırmaq cəhdi baş tutsa da, o, dabana tüpürüb dala qaçacaq və sülh danışıqlarına gedəcək, çünki arı yuvasına daş atıblar. Bütün dünyanın silahları hazır vəziyyətdədir. Biri atom silahı işlətsə, dünya dağılar. Bu gün bəşəriyyət III Dünya müharibəsi astanasındadır. 
Fikir verdiniz, Tramp İranı bombaladıqdan sonra, İranın ortaya çıxardığı “Oreşnik” tipli raketinin biri ilə İsrailin Ben-Qurion təyyarə limanını darmadağın edib. Bu cür raketlərin haradan gəldiyinə varmadan aydındır ki, “Oreşniklərə görə Tramp  Ukraynanı Putinə güdaza verdikdən sonra, anladı ki, indi bu silahlar həqiqətən İsraili darmadağın edəcək, üstəlik ABŞ-ın avia-daşıyıcı gəmilərini  asanlıqla batıra biləcək”.
 
 
“Hazırda D.Trampın bir yolu var İranda müharibəni dayandırsın. Hətta Qəzada da…
Belə olduğu halda onu bu mükafata layiq görmək olar. İsrailin isə “Dəmir qübbəsi ” lax çıxıb, “deşil”dikdən sonra, ərəb ölkələri onun anasını ağlar qoyacaqlar. Onlar Rusiya, Çin silahları ilə silahlanıb, daha İsrailin cınqırını çıxartmağa qoymayacaqlar… 
 
Trampın bu ağılsız hərəkətindən sonra dünya faktiki olaraq iki düşərgəyə bölündü :Rusiya- Çin- İran, bir də ABŞ və onun quyruqlarına…  İsrail-İran müharibəsi dayanan kimi İkinci Dünya soyuq müharibəsi başlayacaq. Belə olduğu halda, iki  düşərgə arasındakı narazılıqlar beynəlxalq hüquq əsasında həll olunacaq. Beynəlxalq hüquq isə həmişə iki güclü qüvvəni tarazlaşdırmaq üçün yaranıb. Təkrar edirəm, Trampın Nobel sülh mükafatı alması üçün yeganə yolu: İsrai-İran müharibəsini dayandırmaqdır. Onun daha başqa yolu yoxdur”, -deyə Tahir Cəfərli vurğulayıb.
 
 
Seçilən
108
1
moderator.az

10Mənbələr