Böyük Britaniyanın baş naziri Key Starmer və ABŞ prezidenti Donald Tramp arasında telefon danışığı olub, söhbətin mövzusu Yaxın Şərqdə vəziyyətin gərginləşməsi və ABŞ-ın İranın nüvə obyektlərinə zərbələri olub.
“Onlar İranın mümkün qədər tez danışıqlar masasına qaytarılmasının vacibliyini, eləcə də uzunmüddətli nizamlanmada irəliləyişə nail olunmasının vacibliyini müzakirə ediblər”, – Starmerin ofisindən bildiriblər.
Tərəflər həmçinin ABŞ-ın İranın nüvə proqramının yaratdığı təhlükəni azaltmaq üçün atdığı addımları müzakirə edib və “İranın heç vaxt nüvə silahına malik olmaması ilə bağlı ortaq mövqelərini təsdiqləyiblər.
//Samir Qurbanov, Editor.az