Sfera.az saytından alınan məlumata görə, ain.az bildirir.
Avropa Komissiyası Moskvaya daha çox təzyiq göstərmək üçün Rusiyaya qarşı daha bir sanksiyalar paketinin tətbiqinə cəhd etməkdə davam edir.
Sfera.az rus mediasına istinadən xəbər verir ki, bu barədə Aİ-nin diplomatiya üzrə rəhbəri Kaja Kallas bildirib.
"Biz Rusiyaya təzyiq göstərməyə davam etməliyik, ona görə də biz 18-ci sanksiyalar paketinin tətbiqinə çalışırıq", - Kallas deyib.
Avropa Komissiyası iyunun əvvəlində Rusiyaya qarşı 18-ci sanksiyalar paketi ilə bağlı təkliflərini təqdim edib. Bildirilib ki, Rusiya neftinin qiymətində artım həm bu sanksiyalar paketi çərçivəsində, həm də son G7 sammiti kontekstində nəzərdən keçirilib, lakin Yaxın Şərqdə gərginlik nəticəsində neftin qiymətinin qalxması bu planların aktuallığını aradan qaldırıb.
Fidan Hacızadə
Sfera.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.