AZ

İsmayıllıda ailə faciəsi: Atasının boğazını kəsib öldürdü

İyunun 17-də İsmayıllı rayonunda oğlu tərəfindən bıçaqlanan Bəhlul Əzizov xəstəxanada vəfat edib.

KONKRET.az xəbər verir ki, həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisə zamanı oğul atasının boğaz nahiyəsinə bıçaqla xəsarət yetirib.

Xatırladaq ki, 1994-cü il təvəllüdlü Kənan Əzizov atası 1968-ci il təvəllüdlü Bəhlul Əzizovun qarın və boğaz nahiyəsindən bir dəfə bıçaqlayıb. Hadisəni törətmiş şəxs Kənan Əzizov şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb.

Hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Seçilən
13
9
konkret.az

10Mənbələr