AZ

Orta ixtisas təhsili müəssisələrinin sayı artıb

2022–2025-ci illər ərzində Azərbaycan Respublikasında orta ixtisas təhsili müəssisələrinin ümumi sayında artım müşahidə olunub.

AzEdu.az Dövlət Statistika Komitəsinin "Azərbaycan rəqəmlərdə" adlı məcmuəsinə istinadən xəbər verir ki, 2022/2023 və 2023/2024-cü tədris illərində bu müəssisələrin sayı 59 olub. 2024/2025-ci tədris ilində isə bu göstərici artaraq 63-ə çatıb.

Dövlət müəssisələri üzrə 2022/2023 və 2023/2024-cü illərdə 53 ədəd təşkil etmiş, 2024/2025-ci ildə bu rəqəm 57-yə yüksəlmişdir. Bu artım dövlət tərəfindən orta ixtisas təhsili sahəsinə diqqətin artırılmasının göstəricisidir.

Qeyri-dövlət müəssisələri üzrə isə bütün illərdə sabit qalaraq 6 ədəd təşkil edir. Bu isə qeyri-dövlət sektorunda xüsusi artım və ya azalma olmadığını göstərir.

Ümumilikdə, 2024/2025-ci tədris ilində orta ixtisas təhsili müəssisələrinin sayında, xüsusilə dövlət müəssisələrinin hesabına müşahidə olunan artım, ölkədə peşə və texniki yönümlü kadr hazırlığının genişləndirilməsi istiqamətində atılan addımların nəticəsi kimi qiymətləndirilə bilər.

Seçilən
1
azedu.az

1Mənbələr