Dünyanın ən yaxşı futbolçusunun müəyyənləşdirildiyi "Qızıl top" mükafatına iddiaçıların yeni reytinq cədvəli açıqlanıb.

Offsideplus.az xəbər verir ki, TNT Sports portalının yaydığı məlumata görə, siyahıya PSJ-nin yarımmüdafiəçisi Vitinya başçılıq edir.

Uzun müddət favorit göstərilən PSJ-nin digər futbolçusu Usman Dembele ikinci pilləyə düşüb.

Çox güman ki, bu, Vitinyanın UEFA Çempionlar Liqasının finalında və UEFA Millətlər Liqasının final mərhələsində göstərdiyi parlaq oyunla əlaqədardır.

Qeyd edək ki, "Qızıl top" mükafatı 1 avqust 2024 - 31 iyul 2025-ci il aralığında özünü ən yaxşı tərəfdən göstərən futbolçuya veriləcək.

"France Football" nəşri tərəfindən seçiləcək iddiaçıların siyahısı avqustda açıqlanacaq. Mükafatın rəsmi təqdim etmə mərasimi bu il sentyabrın 22-də Fransanın paytaxtı Parisdə baş tutacaq.

"Qızıl top" mükafatına namizədlər:

1. Vitinya (PSJ)

2. Usman Dembele (PSJ)

3. Lamin Yamal ("Barselona")

4. Rafinya ("Barselona")

5. Nunu Mendeş (PSJ)

6. Əşrəf Hakimi (PSJ)

7. Mohamed Salah ("Liverpul")

8. Canluici Donnarumma (PSJ)

9. Kilian Mbappe ("Real Madrid")

10. Xviça Kvaratsxeliya (PSJ)