Krım Tatar Milli Məclisinin başqanı Refat Çubarov bildirib ki, Rusiyanın Ukrayna və digər qonşularına hücumları təkcə Ukraynanın və ya digər ölkələrin deyil, bütün dünyanın problemidir.
Hafta.az-ın yazdığına görə, BMT-dən sonra ikinci ən böyük beynəlxalq təşkilat olan 57 üzvlü İslam Əməkdaşlıq Təşkilatının (İƏT) sıralarında Rusiyaya rəğbət bəsləyən ölkələrə diqqət yetirilməli olduğunu vurğulayan Çubarov, "Rusiya Ukrayna dövlətini məhv etməyə çalışarkən, Krım tatar xalqını da məhv etməyə çalışır. Vətənimiz Krımı ruslaşdırmaq və öz pravoslav dinini hakim etmək istəyir. Bu səbəbdən biz İslam Əməkdaşlıq Təşkilatını Ukrayna ərazi bütövlüyünü dəstəkləməyə dəvət etdik" deyib.
Çubarov Ukraynanın İslam Əməkdaşlıq Təşkilatına müşahidəçi üzv olması məsələsinə toxunub. Əvvəllər belə təşəbbüsləri olduğunu bildirən KTMM prezidenti bu üzvlüyün “Hər iki tərəf üçün çox faydalı olacaq” deyib.
Rusiyanın İƏT-də müşahidəçi statusuna malik olduğunu xatırladan Çubarov Ukrayna prezidenti Vladimir Zelenski və Ukrayna xarici işlər naziri Andriy Sibihanın İKT-də müşahidəçi statusu almaq istədiklərini bildirib.