ain.az bildirir, Bizimyol saytına əsaslanaraq.
"İstanbulda ruslarla danışıqlar ərəfəsində Ukrayna “Veb” adlı xüsusi əməliyyat keçirib. İyunun 1-də Ukrayna Təhlükəsizlik Xidmətinin FPV pilotsuz təyyarələri Rusiyanın dərinliklərində yük maşınlarından havaya qalxaraq dörd strateji aerodromda təyyarələrə hücum edib. Xüsusilə, Arktika Dairəsindən kənarda yerləşən Olenya aerodromuna zərbələr endirilib. İtkilərə baxmayaraq, Rusiya hələ də Ukraynanın dərinliklərinə zərbə endirmək imkanına malikdir".
Politoloq Məhəmməd Əsədullazadə Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Ukraynanın danışıqlar ərəfəsində əməliyyat keçirməsi Rusiyanın danışıqlar məsələsində güzəştə sövq etməkdir.
Məhəmməd Əsədullazadə
"Ukrayna Rusiya danışıqlar prosesində atəşkəsə razı olmadığına görə bu əməliyyat həyata keçirildi və Ukraynada bununla sübut etdi ki, güclüdür və danışıqlarda Rusiyaya qarşı güzəştə getməyəcək. Təbii ki, bu Troya görünüşlü hücum Rusiya üçün gözlənilməz oldu. Rusiyanın strateji bombardmançı təyyarələri, həmçinin 4500 kilometrdən artıq ərazidə əməliyyat keçirməklə Ukrayna Rusiya üzərində də psixoloji bir üstünlük qazanmış oldu. Bu hücumdan sonra İstanbulda danışıqlardan sonra Rusiya nümayəndə heyəti müəyyən qədər təmkinlik nümayiş etdirib. Əvvəlki danışıqlarda olduğu kimiaqressiv tonda danışıqlar aparılmayıb, humanitar razılaşmalar əldə olunub. Görüşün keçirilməsi artıq razılaşdırılıb və göründüyü kimi, müharibə uzandıqca tərəflərin bir birinə qarşı assimmetrik zərbə vurmaq əməliyyatı da genişlənib. Görünür, bu müharibəni artıq Rusiya tərəfi də anlayır ki, bitirmək lazımdır"-deyə politoloq qeyd edib.
Məhəmməd Əsədullazadə bildirib ki, Rusiya 3 ildir ki, Ukraynanın 4 vilayətinə iddia edir və Ukraynanın dörd vilayətinin inzibati sərhədlərindən də çıxmayıb, hələ mövqe döyüşləri gedir.
"Tərəflər bir-birinə qarşı raket və dronlardan istifadə etməklə müharibə aparır. Səngərdə mövqe döyüşləri aparılır. Təbii ki, bunun sonu olmalıdır. Rusiya hesab edir ki, qələbə qazanacaq. Düşünürəm ki, Qərbin resursları həmçinin texnlogiyası Rusiyadan daha üstündür və Ukraynaya hərbi, siyasi və kəşfiyyat dəstəyi verməklə, Ukrayna Rusiyaya qarşı bu kimi əməliyyatlar keçirməklə Rusiyanı çətin vəziyyətə sala bilər"-deyə politoloq qeyd edib.
İradə Cəlil, Bizimyol.info
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.