Yay ayları kirayə ev bazarlarında bir sıra dəyişikliklərin müşahidə olunduğu dövrdür. Bu dövrdə kirayə evlərə olan tələbatın növü və miqyası dəyişdiyindən qiymətlərə də birbaşa təsir göstərir. Xüsusilə tələbələrin yay tətili səbəbilə kirayə qaldıqları evləri tərk etməsi də qiymətlərə təsir edən amillərdəndir.
Yay aylarında aylıq kirayə ev qiymətlərində artım və ya azalma qeydə alınırmı?
Mövzu ilə bağlı əmlak eksperti Elnur Azadov Operativ Media-ya açıqlama verib.
"Tələbələr təhsil obyektlərinə yaxın ərazilər, daha az təminatlı ailələr şəhərin daha sərfəli yerlərində və metrolara yaxın ərazidə yerləşməyə başlayırlar. Son iki ildi tələbələr payız aylarında, yayın sonlarında təhsillə bağlı yenidən qayıdanda hər dəfə eyni mənzili 400 manata götürürdülərsə, qayıtdıqda oxşar mənzil 500 manat olur. Həmin evlərin tapılmasında ciddi problem yaşanır. Bu səbəbdən artıq çalışırlar evləri tərk etməsinlər. Və yay aylarında da, kirayə evlərinə ödəniş edirlər. Bağ evləri isə gündəlik və aylıq verilən zaman yay aylarında 3 ay daha baha olur. Hal- hazırda günlük evlərdə azalma müşahidə olunur. Adətən turizm bələdçiləri evləri aylıq götürüb sutkalıq gələn turistlərə kirayə verirlər".
Metroya yaxın ərazidə yerləşən evlərin aylıq kirayə qiymətləri:
28 may metrosu - 650 AZN-dən başlayır
Sahil metrosu – 450 AZN-dən başlayır
İçəriçəhər metrosu – 600 AZN-dən başlayır
Nizami Metrosu – 600 AZN-dən başlayır
Elmlər metrosu - 460 AZN-dən başlayır
İnşaatçılar metrosu – 500 AZN-dən başlayır
20 Yanvar metrosu – 570 AZN-dən başlayır
Gənclik metrosu - 600 AZN-dən başlayır
Nərimanov metrosu – 550 AZN-dən başlayır
Neftçilər metrosu – 400 AZN-dən başlayır.
Qeyd edək ki, paytaxt və ətraf ərazilərdə ki, sutkalıq bağ evlərinin qiyməti 70 AZN ilə 20 min AZN arası dəyişir