Oxu.az saytından alınan məlumata görə, ain.az bildirir.
Vətəndaşların kredit tarixçəsinə düşən neqativ hər hansı bir hal barəsində dərhal məlumat alması üçün yeni portal yaradılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Kredit Bürosunun baş direktoru Elçin Həbibov jurnalistlərə açıqlamasında məlumat verib.
O bildirib ki, Azərbaycan Kredit Bürosu tərəfindən "findoc.az" portalı yaradılıb:
"Bu portaldan qeydiyyatdan keçən hər bir şəxsin kredit tarixçəsində ən kiçik məbləğdə bir gecikmə və ya digər neqativ hallar ilə bağlı məlumat qeyd olunarsa, bu barədə ona bildiriş göndərilir. Vətəndaşlar portalda qeydiyyatdan keçməlidir ki, hər hansı bir neqativ hal olarsa, bu barədə xəbərdar olsun. Bank məlumat göndərməsə də, Kredit Bürosu göndərəcək. Bu günə olan məlumata görə artıq 35 min şəxs müvafiq hüquqa malikdir".
Onun sözlərinə görə, neqativ halla bağlı bildiriş alan vətəndaş aidiyyəti banka yaxınlaşıb problemi həll etməlidir:
"Biz daxil olan neqativ hal ilə bağlı vətəndaşa məlumat göndərdikdən sonra geri çəkilirik. Artıq növbəti mərhələdə vətəndaş banka yaxınlaşaraq problemini həll etməlidir".
Aygün Mirakif
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.