Bakı. Trend:
Bakı Yay Enerji Məktəbinin fəaliyyət göstərdiyi dövr ərzindəburada minlərlə xarici və azərbaycanlı mütəxəssislər iştirakedib.
Trend xəbər verirki, bunu ADA universitetinin prorektoru Fariz İsmayılzadə ADAuniversitetində 19-cu Bakı Yay Enerji Məktəbinin (Baku SummerEnergy School – BSES 2025) rəsmi açılış mərasimində deyib.
“Bu il proqramda 15 ölkədən 47 iştirakçımız var. Onlarınsırasında Azərbaycanla yanaşı, Cənub Qaz Dəhlizi boyunca yerləşənənənəvi ölkələr – Bolqarıstan, Yunanıstan, Xorvatiya, Qazaxıstan,Türkiyə, İtaliya da var. Habelə daha uzaq ölkələrdən – Çili, ABŞ,Vyetnamdan olan iştirakçılar da qatılıb. Həmçinin, Almaniya, BöyükBritaniya, Pakistan, İspaniya da təmsil olunur – coğrafiya kifayətqədər genişdir. Keçən il isə Nigeriya və Səudiyyə Ərəbistanındannümayəndələr var idi. Yəni iştirakçı tərkibi hər il dəyişir”, –deyə o bildirib.
F.İsmayılzadə vurğulayıb ki, bu proqram 19 il əvvəl istifadəyəverilib və bu müddət ərzində minlərlə xarici və azərbaycanlı ortasəviyyəli mütəxəssis onun iştirakçısı olub.
O qeyd edib ki, Xəzər regionunda bərpaolunan enerji mənbələrinininkişafı, infrastruktur layihələrinin icrası və Mərkəzi Asiya iləəlaqələrin yaxşılaşdırılması istiqamətində təşəbbüslər fəal şəkildəhəyata keçirilir.
“Bizim region təkcə neft və qaz sənayesinin beşiyi deyil – bubarədə proqram çərçivəsində müzakirələr aparılacaq – həm də daimgeosiyasi və enerji proseslərinin nəzər nöqtəsində olan birbölgədir”, – deyə F.İsmayılzadə əlavə edib.