AZ

Həbib Nurməhəmmədov Mikayıl Cabbarov və Rəşad Nəbiyevlə bir arada – FOTO

Xəbər verdiyimiz kimi, Azərbaycanda səfərdə olan məşhur rusiyalı idmançı, keçmiş UFC çempionu Həbib Nurməhəmmədov instaqram hesabında Bakı səfərindən görüntülər paylaşıb.

Bizim.Media xəbər verir ki, paylaşımda diqqətçəkən məqam tanınmış rusiyalı idmançının azərbaycanlı nazirlərlə görüşü olub.
 

Nurməhəmmədov iqtisadiyyat naziri Mikayıl Cabbarov və rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevlə fotosunu paylaşaraq ona göstərilən isti münasibətə və qonaqpərvərliyə görə minnətdarlığını ifadə edib.


“Azərbaycan, çox sağ olun” – deyə paylaşımda qeyd olunub.

Xatırladaq ki, Həbib Nurməhəmmədov döyüş karyerası ərzində məğlubedilməz statusunu qoruyub saxlayan UFC əfsanəsidir və hazırda gənc idmançılarla iş, təlim və menecerlik sahəsində fəaliyyət göstərir.


Bizim.Media

Seçilən
9
2
bizim.media

3Mənbələr