ain.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
21-ci əsrin ən uzun Günəş tutulması 2027-ci ilin avqustunda baş verəcək.Tutulma 7 ölkədən görünəcək.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Astronomiya aləmində tarixi bir hadisə baş verəcək. 21-ci əsrin ən uzun tam Günəş tutulması 2 avqust 2027-ci ildə baş verəcək. Tam 6 dəqiqə 23 saniyə davam edəcəyi təxmin edilən bu füsunkar təbiət hadisəsini dünya üzrə təxminən 90 milyon insan izləyəcək.
Tutulma Atlantik okeanında başlayacaq və daha sonra Cəbəllütariq boğazına çatacaq. Xüsusilə İspaniyanın cənubu, Cəbəllütariq və Şimali Afrika kimi bölgələrdən gələn mənzərə ekspertlərin fikrincə “göz qamaşdıracaq”.
Tutulma Əlcəzair, Tunis, Liviya, Misir, Səudiyyə Ərəbistanı, Yəmən və Somalidən görünəcək və Hind okeanında sona çatacaq.
Tam Günəş tutulması Ayın Günəşlə Yerin arasına girərək Günəşi tamamilə bağladığı zaman baş verir. Bu tutulmanı digərlərindən fərqləndirən ən böyük xüsusiyyət onun 21-ci əsrin ən uzun tam Günəş tutulması olmasıdır.
Onun müddəti Yerin və Ayın mövqeyi, Günəşin səmadakı hündürlüyü və müşahidə nöqtəsi ilə müəyyən edilir.
Orxan
Gununsesi.info
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.