AZ

İran "Mossad"ın ölkədəki kiberqrupunun rəhbərini edam etdiyini açıqlayıb

İran "Mossad" şəbəkəsinin rəhbərinə qarşı ölüm hökmünü icra edib

İranın təhlükəsizlik qüvvələri İsrailin kəşfiyyat xidməti "Mossad"la əməkdaşlıqda ittiham olunan Məhəmmədəmin Məhdəvi Şayəstənin edam hökmünü həyata keçirib.

AzNews.az "Mehr" agentliyinə istinadən xəbər verir ki, məhkəmənin açıqlamasına görə, Məhdəvi Şayəstə ölkə daxilində kiber əməliyyatlar həyata keçirən və psixoloji təbliğat yayan şəbəkənin rəhbəri olub. Bildirilir ki, o, "Mossad" zabitləri ilə əlaqə quraraq xüsusi təlimlər keçib və şəbəkənin fəaliyyətini idarə edib.

İddialara əsasən, bu şəbəkə sosial media platformaları vasitəsilə İranın hərbi və mülki strukturlarına qarşı məlumat əməliyyatları aparıb. Məhdəvi Şayəstə, həmçinin kiber əməliyyatlar çərçivəsində sahə fəaliyyətləri təşkil etməkdə ittiham olunub.

Rəsmi mənbələr bildirir ki, məhkəmə işin materiallarını və dəlilləri nəzərdən keçirərək Məhdəvi Şayəstənin cinayət əməllərini təsdiqləyib. Hökm Ali Məhkəmə tərəfindən təsdiqləndikdən sonra bu gün səhər saatlarında icra olunub.

Seçilən
0
aznews.az

1Mənbələr