AZ

Bakı Yay Enerji Məktəbi iştirakçılarının geniş coğrafiyası Azərbaycanın enerji sahəsindəki artan rolunu təsdiqləyir- SOCAR vitse-prezidenti

Bakı. Trend:

Bakı Yay Enerji Məktəbi iştirakçılarının geniş coğrafiyasıAzərbaycanın enerji sahəsindəki artan rolunu təsdiqləyir.

Trend xbər verirki, bunu SOCAR-ın vitse-prezidenti Ziba Mustafayeva ADAuniversitetindən 19-cu Bakı Yay Enerji Məktəbinin (Baku SummerEnergy School – BSES 2025) rəsmi açılış mərasimində deyib.

“Təxminən iyirmi il ərzində Bakı Yay Enerji Məktəbi akademikbilgini sənayenin praktiki təcrübəsi ilə birləşdirən mühüm birmeydançaya çevrilib. Proqram hər il enerji sahəsinin əsasməsələlərini müzakirə etmək üçün dünyanın hər yerindən ekspertləri,alimləri və siyasətçiləri bir araya gətirir. O, həm iştirakçılarınpeşəkar inkişafına, həm də enerji siyasəti məsələləri üzrəbeynəlxalq dialoqun inkişafına vasitəçilik edir”, - deyəMustafayeva bildirib.

Onun sözlərinə görə, iştirakçıların geniş coğrafiyasıAzərbaycanın enerji və təbii resurslar sahəsində qlobal dialoqunmərkəzi kimi artan rolundan xəbər verir.

“Proqram regional enerji siyasətinin inkişafına, "yaşıl",təhlükəsiz və əlçatan həllərin təşviqinə, həmçinin yüksək ixtisaslımütəxəssislərin hazırlanmasına töhfə verir,” – deyə Z.Mustafayevabildirib.

Məqalədə:
Seçilən
71
az.trend.az

1Mənbələr