İran "Sepah"ının "Xatəmül-Ənbiya" bölməsinin Mərkəzi Qərargahı ABŞ-yə ünvanladığı bəyanatda onu təhdid edib.
Yenisabah.az irna-ya istinadla xəbər verir ki, bəyanatda bildirilib:
“İslam döyüşçüləri bu cinayətə cavab olaraq güclü və məqsədyönlü əməliyyatlarla sizə ağır, təəssüf və gözlənilməz nəticələr doğuracaq cavabınızı verəcəklər”.
Bəyanatda ABŞ-nin İran ərazisini bombalamaqla İsrailə hərtərəfli dəstəyi davam etdirməsi, İslam Respublikasının suverenliyini aşkar şəkildə pozması qeyd olunur.
Telegram kanalımız