ABŞ artıq İranla münaqişəyə birbaşa şəkildə cəlb olunub.
Teleqraf xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin Baş Qərargahı rəsmi bəyanat yayıb.
Bəyanatda vurğulanır ki, ABŞ-nin son hərbi addımları və regiondakı fəaliyyəti artıq açıq qarşıdurma mərhələsinə keçidi təsdiqləyir: “Vaşinqtonun İrana qarşı həyata keçirdiyi son hücumlar onun bu müharibəyə birbaşa tərəf kimi qoşulduğunu göstərir”.
Qeyd edək ki, İran rəsmiləri ABŞ-nin bu mövqeyini beynəlxalq hüququn və bölgə təhlükəsizliyinin kobud şəkildə pozulması kimi qiymətləndirir.
Ətraflı
Xatırladaq ki, iyunun 22-nə keçən gecə Prezident Donald Tramp ABŞ ordusunun İrandakı üç nüvə obyektini (Fordo, Natanz və İsfahan) uğurla məhv etdiyini açıqlayıb. O bildirib ki, Tehran münaqişəni dayandırmağa razı olmalıdır.
İsrail İranın nüvə proqramına yönəlmiş əməliyyat çərçivəsində iyunun 13-dən İrana gündəlik zərbələr endirir.