Bakı. Trend:
İyunun 23-də ADA Universitetində İnkişaf və Diplomatiyaİnstitutunun (Institute for Development and Diplomacy – IDD)təşkilatçılığı ilə 19-cu Bakı Yay Enerji Məktəbinin (Baku SummerEnergy School – BSES) açılış mərasimi baş tutub.
Trend xəbərverir ki, tədbir ADA Universiteti Fondunun, Azərbaycan RespublikasıDövlət Neft Şirkəti (SOCAR), bp, və KOLİN şirkətlərinintərəfdaşlığı ilə həyata keçirilir.
İki həftəlik intensiv sertifikat proqram enerji, iqlimdəyişikliyi, ətraf mühit və dayanıqlı inkişaf sahəsində çalışanmütəxəssislər, tədqiqatçılar və dövlət rəsmilərini bir arayagətirir.
İnteraktiv mühazirələr, araşdırmalar və tədqiqat səfərləri ilədolu olan bu yay proqramının əsas mövzusu enerji bağlantısı və OrtaDəhliz (Middle Corridor) çərçivəsində regional əməkdaşlığın inkişafetdirilməsi və yaşıl enerji keçidi məsələlərinə həsr olunub.
Açılış mərasimində Azərbaycan Respublikası Energetika nazirininmüavini Elnur Soltanov, ADA Universitetinin prorektoru, IDDdirektoru Fariz İsmayılzadə, SOCAR-ın vitse-prezidenti ZibaMustafayeva, bp şirkətinin Xəzər regionu üzrə vitse-prezidentiBəxtiyar Aslanbəyli, IDD Tərəfdaşlıq şöbəsinin rəhbəri Nərgizİsmayılova və IDD baş elmi işçi və BSES proqramının meneceri HəcərHüseynova çıxış ediblər.
Proqramın “Enerji, Ətraf Mühit və Bərpa Olunan Enerji Mənbələri”mövzusuna həsr olunmuş ilk günü Xəzər regionunun enerji tarixindənbaşlayaraq, iqlim dəyişikliyi fonunda Azərbaycanın dayanıqlı enerjikeçidi yol xəritəsi, bərpa olunan enerji imkanları və keçiddövründə enerji diplomatiyasına həsr olunub. İlk gün AzərbaycanRespublikası Energetika nazirinin müavini Elnur Soltanov, bp-ninBeynəlxalq Məsləhətçi Komandasının rəhbəri Michael Denison,Azərbaycan Respublikası Energetika nazirinin müavini Orxan Zeynalovvə Azərbaycan Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinindirektor müavini Fəqan Əbdürrəhmanov çıxış ediblər.
Proqramda bu il 14 ölkədən – o cümlədən Azərbaycan, Almaniya,Bolqarıstan, Çili, İspaniya, İtaliya, Pakistan, Tanzaniya, Türkiyə,Vyetnam, Xorvatiya, Yunanıstan, Amerika Birləşmiş Ştatları vəBirləşmiş Krallıqdan – 40-dan çox iştirakçı qatılıb. İştirakçılararasında nazirliklər, beynəlxalq təşkilatlar, enerji şirkətləri vəbeyin mərkəzlərinin nümayəndələri yer alıb.
Məlumat üçün bildirək ki, proqram 23 iyun – 4 iyul tarixlərindəbaş tutacaqdır.