AZ

ABŞ İranın uran ehtiyatlarını hara köçürdüyünü bilmir NYT

Bizimyol saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

ABŞ-ın ali rəhbərliyi ölkənin İslam Respublikasının nüvə obyektlərinə zərbələrindən sonra İranın zənginləşdirilmiş uran ehtiyatlarını hara köçürə biləcəyindən xəbərsizdir.

Bizimyol.info xəbər verir ki, bu barədə "The New York Times" (NYT) məlumat verib.

Nəşrin yazdığına görə, həm ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens, həm də MAQATE-nin baş direktoru Rafael Qrossi İranın 60%-ə qədər zənginləşdirilmiş 400 kq uranının yeri barədə heç nə bilmədiklərini bildiriblər.

Nəşr hesab edir ki, eyni zamanda, İranın nüvə infrastrukturuna zərbələr onun inkişafını 2-5 il geri sala bilər.

İyunun 22-nə keçən gecə ABŞ prezidenti Donald Tramp bəyan edib ki, ABŞ silahlı qüvvələri İranda üç nüvə obyektinə - Fordo, Natanz və İsfahanda uğurla hücum edib.

O bildirib ki, Tehran münaqişəyə son qoymağa razı olmalıdır. İsrail iyunun 13-dən İranın nüvə proqramını hədəf alan əməliyyat çərçivəsində İrana gündəlik zərbələr endirir. İran da öz növbəsində bu hücumlar PUA və raket zərbələri ilə cavab verir.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
9
6
icma.az

7Mənbələr