Matthev MakKonaughey və Vudi Harrelsonun Apple TV+ üçün hazırlaşdığı komediya serialını gözləyənlərə pis xəbərlər gəlib.
Hafta.az-ın “Deadline”a istinadən yazdığına görə, hazırda "Qardaşlar" kimi tanınan layihə çəkilişləri dayandırıb.
Texas çəkilişlərində 10 epizoddan 8-nin tamamlandığı bildirilir. Serialın yazıçısı və rejissoru Devid Uest Rid fikir ayrılıqlarına əsaslanaraq ayrıldıqdan sonra istehsal dayandırılıb.
Daha əvvəl Apple TV+ ilə “Little America”, “Lessons in Chemistry” və “WeCrashed” kimi istehsallarda çalışmış Li Ayzenberqin onu əvəz edəcəyi gözlənilir.
55 yaşlı MakKonaughey və 63 yaşlı Harrelsonun real həyatdakı dostluğundan ilhamlanan serialın çəkiləcəyinə dair məlumat 2023-cü ildə açıqlanmışdı.
“Ailələri Metyu fermasında birlikdə yaşamağa çalışarkən Metyu və Vudinin dostluğu sınanır” kimi xəbər verilən serialda baş rollarda Holland Taylor, Natalie Martinez, Brittani İşibaşi, Oona Yaffe, Hayqdi Kuan, Nolan Almeyda, Ella Qres Helton və Noah Karqanilla yer alır.