AZ

Elm və təhsil nazirinin Daşkəsəndəki vətəndaş qəbulunun vaxtı dəyişdirilib

Elm və təhsil naziri Emin Əmrullayevin 27 iyun 2025-ci il tarixində Daşkəsən şəhərində keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib. Vətəndaş qəbulu iyunun 30-da keçiriləcək. 

Nazirlikdən Operativ Media-ya verilən məlumata görə, qəbulda Daşkəsən, Gəncə, Göygöl, Samux, Goranboy, Naftalan və Kəlbəcər sakinlərinin iştirakı nəzərdə tutulub. 

Qeyd edək ki, qəbulda yalnız müvafiq qaydada müraciət etmiş şəxslər iştirak edəcəklər.

Seçilən
1
11
operativmedia.az

10Mənbələr