ABŞ-ın Yaxın Şərqdəki münaqişədə iştirakı ABŞ-da terror hücumları təhlükəsini artıracaq, Daxili Təhlükəsizlik Departamentinin bəyanatında deyilir.
Xəbərdarlıq iyunun 22-də verilib və sentyabrın 22-dək qüvvədədir. Bəyanatda deyilir ki, İran hakimiyyəti ABŞ-dan qisas almağa çağıran dini hökm dərc edərsə, ABŞ-da “zorakı ekstremist” zorakılıq riski arta bilər.
Departament həmçinin İranın ABŞ şəbəkələrinə mümkün kiberhücumları barədə xəbərdarlıq edir. Buna əsasən, İran 2020-ci ilin yanvarında Bağdad hava limanı yaxınlığında ABŞ-ın hava hücumu nəticəsində öldürülən general Qasım Süleymaninin ölümündə əli olduğuna inandığı ABŞ rəsmilərini təqib etməyi planlaşdırır.
//Samir Qurbanov, Editor.az