AZ

Həftəsonu bank kartlarından nə qədər vəsait oğurlanıb?

Bakı. Trend:

İyunun 21-də və 22-də daxil olan müraciətlər əsasında aparılanaraşdırmalar nəticəsində bir sıra şəxslərin bank hesablarındanqanunsuz yolla pul vəsaitlərinin çıxarıldığı müəyyən olunub.

Trend xəbər verir ki, bu barədə DİN-in MətbuatXidməti məlumat yayıb.

Bildirilib ki, oğurlanmış məbləğlər arasında 20000, 9500, 1731,535, 393, 224, 89 və 72 manat kimi rəqəmlər qeydə alınıb.

Bu cür cinayət halları adətən naməlum nömrələrdən gələn zəng vəSMS-lər, habelə saxta saytlar və platformalar vasitəsilə həyatakeçirilir. Şəxsi bank kartı məlumatlarını, xüsusilə, kartınnömrəsini, PIN kodunu, CVV kodunu və bir dəfəlik təsdiq (OTP)şifrələrini heç bir halda digər şəxslərlə, o cümlədən özünü bank vəya dövlət qurumu əməkdaşı kimi təqdim edən şəxslərlə paylaşmaqolmaz.

DİN vətəndaşları bir daha xəbərdar edir ki:

• Naməlum nömrələrə cavab verərkən ehtiyatlı olun,

• SMS və e-poçtlardakı şübhəli keçidlərə daxil olmayın,

• Heç bir halda bank kartı və mobil bankçılıq məlumatlarınızıpaylaşmayın.

Qeyd edək ki, belə hallarla üzləşən şəxslər dərhal polisorqanlarına və banklara müraciət etməlidirlər.

Məqalədə:
Seçilən
28
34
az.trend.az

10Mənbələr