AZ

İranı vuran təyyarələr 36 saatlıq uçuşdan sonra ABŞ-a endi

Ötən gecə İranın Fordo, Natanz və İsfahan nüvə obyektlərini bombalayan ABŞ bombardmançı təyyarələri 36 saatlıq uçuşdan sonra ABŞ-ın Missuri ştatına eniblər.

Publika.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp "Truth" sosial media hesabından açıqlama verib.

Onun sözlərinə görə, İrana hava hücumunda iştirak edən “B-2” bombardmançıları Missuri ştatında yerləşən Uaytman Hərbi Hava Qüvvələri bazasına eniş edib.

ABŞ pilotlarına müraciət edən Tramp, “Yaxşı iş gördüyünüzə görə sizə təşəkkür edirəm” deyib.

Seçilən
7
publika.az

1Mənbələr