Türkiyənin "Qalatasaray" klubunun sabiq ulduz futbolçusu Dris Mertens peşəkar futbolçu karyerasını başa vurduğunu açıqlayıb.
Milli.Az xəbər verir ki, 38 yaşlı belçikalı hücumçu iyulun 3-də dostu Marek Hamşiklə keçiriləcək vida matçından sonra futboldan rəsmi şəkildə ayrılacağını bildirib.
Qeyd edək ki, Mertens 2022-ci ilin yayında "Napoli"dən "Qalatasaray"a transfer olunmuşdu. İstanbul təmsilçisinin heyətində 136 oyuna çıxan təcrübəli futbolçu 25 qol vurub, 44 məhsuldar ötürmə ilə yadda qalıb. O, "Qalatasaray"la 3 dəfə Türkiyə çempionu olub.
Peşəkar karyerası ərzində AGOVV, Utrext, PSV, Napoli və "Qalatasaray" kimi klublarda forma geyinən Mertens dünya futbolunda dərin iz buraxan adlardan biri hesab olunur.
Fidan
Milli.Az