Bakı. Trend:
İyunun 21-də və 22-də ölkə ərazisində qeydə alınan 79, əvvəlkidövrlərdən bağlı qalan 7 cinayətin açılması polis əməkdaşlarıtərəfindən təmin olunub.
Trendxəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 76, o cümlədənborclu şəxs qismində axtarışda olan 53 nəfər saxlanılaraq aidiyyətiüzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 36, qanunsuz saxlanılan silah-sursatıngötürülməsi və aşkarlanması ilə bağlı 11 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb.