AZ

Qarabağ Fənərbağça dan ayrılan məşhur futbolçu ilə maraqlanır

ain.az xəbər verir, Qaynarinfo saytına əsaslanaraq.

"Fənərbağça"dan ayrılan məşhur futbolçu Duşan Tadiç karyerasını Azərbaycanda davam etdirə bilər.

Qaynarinfo haberler.com-a istinadən xəbər verir ki, 36 yaşlı serb yarımmüdafiəçinin xidmətində "Qarabağ" maraqlıdır. 

Ağdam klubu Tadiçin transferi üçün . hərəkətə keçib və oun agenti ilə əlaqə saxlayıb.

Onu xidmətində "Qarabağ"la yanaşı, Yunanıstanın "Olimpiakos" və Niderlandın "Ayaks" klubları da maraqlıdır.

Qeyd edək ki, Duşan Tadiç ötən mövsüm İstanbul təmsilçisində 53 oyunda 13 qol və 18 məhsuldar ötürmə ilə yadda qalıb. O, əvvəllər Serbiyanın "Voyvodina", Niderlandın "Qroningen", "Tvente", "Ayaks" və İngiltərənin "Sautqempton" klublarında çıxış edib. Tadiç Serbiya millisində keçirdiyi 111 oyunda 23 qol vurub. 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
7
3
qaynarinfo.az

4Mənbələr