ABŞ-da təşkil olunan klublararası dünya çempionatında gecə və səhər saatlarında daha 2 oyun keçirilib.

Offsideplus.az xəbər verir ki, "Əl-Hilal" Simone İnzaginin rəhbərliyi altında ikinci oyununda da uduzmayıb.

Birinci turda "Real Madrid"lə heç-heçə edən komanda bu dəfə Avropanın digər təmsilçisi "Zalsburq"la "sülh" bağlayıb.

"Mançester Siti" isə darmadağınla 1/8 finala yüksəlib. 

Qeyd edək ki, 32 klubun 8 qrupda mübarizə apardığı yarış iyulun 13-dək davam edəcək.

G qrupu

"Mançester Siti" - "Əl-Ayn" 6:0

                             O Q H M  T  X

1. "Yuventus"         2 2 0 0  9-1 6

2. "Mançester Siti" 2 2 0 0  8-0 6

3. "Vidad"               2 0 0 2  1-6 0

4. "Əl-Ayn"             2 0 0 2 0-11 0

H qrupu

"Əl-Hilal" - "Zalsburq" 0:0  

                             O Q H M  T  X

1. "Real Madrid"    2 1 1 0 4-2 4

2. "Zalsburq"          2 1 1 0 2-1 4

3. "Əl-Hilal"            2 0 2 0 1-1 2

4. "Paçuka"            2 0 0 2 2-5 0