AZ

Tramp ilk dəfə İranda rejim dəyişikliyindən DANIŞDI - FOTO

ABŞ prezidenti Donald Tramp ilk dəfə açıq şəkildə İranda rejim dəyişikliyi ehtimalından danışaraq bu məsələni gündəmə gətirib. 

Bizim.Media xəbər verir ki, o, bu barədə şəxsi sosial şəbəkəsi olan Truth Social platformasında yazıb:

“Rejim dəyişikliyi ifadəsi bəlkə də siyasi cəhətdən düzgün səslənmir. Amma əgər mövcud İran rejimi ölkəni yenidən möhtəşəm edə bilmirsə, o zaman niyə rejim dəyişməsin?”.

Bu açıqlama Trampın İrana qarşı sərt ritorikasında yeni mərhələyə keçdiyini göstərir və Vaşinqtonun Tehranla bağlı siyasətində daha aqressiv xətt götürəcəyinə işarə edir.

Paylaşımında Tramp həmçinin “MIGA” (Make Iran Great Again) — yəni “İranı Yenidən Möhtəşəm Edək” ifadəsini işlədib. Bu abreviatura onun məşhur seçki şüarı olan “MAGA” (Make America Great Again) – “Amerikanı yenidən möhtəşəm edək” ifadəsinə istinadla yaradılıb.
 

Trampın bu bəyanatı beynəlxalq miqyasda da rezonans doğurub. İran rəsmiləri bu cür açıqlamaları ölkənin daxili işlərinə qarışma və suverenliyə qarşı açıq təhdid kimi qiymətləndirirlər. Eyni zamanda, müşahidəçilər bildirirlər ki, Trampın bu ritorikası ABŞ-İran münasibətlərində gərginliyin daha da artmasına səbəb ola bilər.


Hazırda ABŞ və İran arasında onsuz da son dərəcə gərgin olan münasibətlər hərbi eskalasiyalar, qarşılıqlı ittihamlar və strateji mübarizə fonunda davam edir. Trampın rejim dəyişikliyini açıq şəkildə gündəmə gətirməsi isə bu mübarizənin artıq ideoloji səviyyəyə keçdiyini göstərir.


Bizim.Media

Seçilən
15
11
bizim.media

10Mənbələr