sport24.az saytından alınan məlumata görə, ain.az bildirir.
"Napoli"nin və "Qalatasaray"ın sabiq hücumçusu Dris Mertens karyerasını bitirmək qərarına gəlib. Sport24.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira sosisal şəbəkə hesabında paylaşım edib.
38 yaşlı belçikalı 2022-ci ildən İstanbul klubunun formasını geyinib. O, ötən mövsüm 52 matçda 6 qol vurub, 21 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, Mertens "Napoli"nin heyətində iki dəfə İtaliya kubokunu, bir dəfə isə Superkubokunu qazanıb. O, Belçika millisinin heyətində 109 oyunda 21 qol vurub.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.