"Napoli" və "Qalatasaray"ın keçmiş hücumçusu Dris Mertens futbolçu karyerasını başa vurmaq qərarına gəlib.
Publika.az xəbər verir ki, bu barədə insayder Nikolo Şira sosial şəbəkədə məlumat yayıb.
O, aldığı çoxsaylı təkliflərə rəğmən yaşıl meydanlarla vidalaşmağı seçib.
38 yaşlı belçikalı futbolçu 2022-ci ildən bəri İstanbul klubunda çıxış edirdi. O, ötən mövsüm 52 oyunda 6 qol vurub və 21 qol ötürməsi edib.