AZ

Ekspertdən sərt tənqid: Öz fənnindən xəbərsiz olan adam sinif otağında nə danışıb?

“2025-ci ilin sertifikasiya imtahanları bir daha sübut etdi ki, Azərbaycan məktəblərində “müəllim” adını daşıyan, amma bu ada heç bir aidiyyəti olmayan yüzlərlə, bəlkə də minlərlə şəxs var. İmtahanda 30 balı belə toplaya bilməyən birisi nəinki müəllim deyil, ümumiyyətlə, şagird qarşısına çıxacaq səviyyədə deyil. İndi durub bu insanlara görə qaydaları yumşaltmaq, güzəşt axtarmaq, onlara bəraət qazandırmaq bu gələcəyimizə qarşı edilən ən böyük xəyanətdir”.

Publika.az xəbər verir ki, bu sözləri təhsil eksperti Kamran Əsədov sertifikasiya imtahanında sualların çətin olduğuna etiraz edən müəllimlərin sözlərinə cavab olaraq deyib.

O bildirib ki, biz bu gün sinif otaqlarını savadsızlıqdan, məsuliyyətsizlikdən, zehni tənbəllikdən təmizləməyə çalışırıq:

“Amma sosial şəbəkələrdə “onlar illərlə dərs deyib”, “aç qalsınlar?”, “uşaqları böyüdürlər” arqumentləri ilə çıxış edənlər əslində təhsili deyil, sistemin çöküşünü müdafiə edirlər. Bu qədər məsuliyyətsizlik olmaz! Öz fənnindən 50 sualdan 30-na cavab verə bilməyən bir insana uşağını etibar edən valideyn də, onu məktəbdə saxlayan direktor da, müdafiəsinə qalxan cəmiyyət də eyni günahın ortağıdır.

O müəllim ki, 2 dəfə eyni suallarla keçirilən imtahanda uğur qazana bilmir. O artıq bu peşədə yeri olmayan biridir”.

Ekspert onu da əlavə edib ki, sertifikasiya savadsızlarla bacarıqlı müəllimləri ayırd etmək üçün sonuncu və obyektiv mexanizmdir:

Seçilən
6
publika.az

1Mənbələr