AZ

Hava limanı infrastrukturunda kibertəhdidlər sistem dayanıqlığı ilə bağlıdır

Kibertəhdidlərin effektivliyi hava limanının sistemlərinin istismar dayanıqlığından asılıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Mülki aviasiya sahəsində təhdidlərin qiymətləndirilməsi və risklərin idarəolunması Metodikası”nda əksini tapıb.

Ənənəvi təhlükəsizlik tədbirlərinə müdaxilə etmək çətin olsa da, texniki zəifliklərdən istifadə mümkündür.

Bu səbəbdən təhdidlərin dəqiq modelləşdirilməsi çətin hesab olunur.

Sistemlərin və onların qarşılıqlı əlaqələrinin mürəkkəbliyi risk səviyyəsini artırır.

Kiberhücum nəticəsində müvəqqəti və lokal pozuntular baş verə bilər.

Bununla belə, kritik zərər səviyyəsi orta hesab olunur.

Təhlükəsizlik tədbirləri ilə risklər aşağı səviyyəyə endirilir.

Seçilən
14
heftelik.az

1Mənbələr