AZ

Bort qidalarına zəhər qatılması ciddi təhlükə yarada bilər

Aviasiyada insayderlərin vasitəsilə qidalara toksiki maddə qatılması ehtimalı real təhlükə hesab olunur.

Heftelik.az-ın məlumatına görə, bu, “Mülki aviasiya sahəsində təhdidlərin qiymətləndirilməsi və risklərin idarəolunması Metodikası”nda əksini tapıb.

Bu halda zəhərlənməyə yalnız qidanı qəbul edən şəxslər məruz qalır.

Pilotların zəhərlənməsi riskli vəziyyət yaratsa da, hava gəmisinin tam məhvi ehtimalı azdır.

Zəhərdən istifadə olunan hallarda nəticələrin ağırlığı maddənin növündən və təsir sürətindən asılı olur.

Lakin toksiki hücumların aşkarlanması çətin olduğu üçün zəiflik səviyyəsi orta-yüksək kimi dəyərləndirilir.

Xüsusilə hava limanından kənarda hazırlanan qidaların risk daşıdığı bildirilir.

Bu səbəbdən əlavə nəzarət və aşkarlama tədbirlərinin gücləndirilməsi zəruridir.

Seçilən
0
heftelik.az

1Mənbələr